Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi əsərlərin beynəlxalq reytinq bazalarında qeydə alınması ilə bağlı seminar-təlim

  • Oxunub 226 dəfə

 Noyabrın 24-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda “Elmi əsərlərin beynəlxalq reytinq bazalarında qeydə alınması və əməkdaşların H-indekslərin yüksəldilməsi yolları” mövzusunda seminar-təlim keçirilmişdir.

 Təlimçi – Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru, dosent Pərviz Kazımi Web of Science, SCOPUS və Ali Attestasiya Komissiyası tərəfindən tanınan digər beynəlxalq elmi bazalar, platformalar haqqında ətraflı məlumat təqdim edib. O, H-indeksi necə formalaşır, kvartil (q1, q2 və s.) nədir, ORCİD kodunun əhəmiyyəti və s. ilə bağlı suallara aydınlıq gətirib.

Təlimçi Azərbaycan Milli H-index Ranking, konsolidasiya edilmiş h-indeksi əsasında ölkə alimlərinin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinq haqqında danışıb. Reytinqdə Scopus, Web of Science və Google Scholar kimi elmiometrik verilənlər bazası və platformalarından alınan məlumatlara istinad edilərək Azərbaycan elmi müəssisələrinin ümumi h-indeksi nəzərə alınıb. Bu məlumatlar əsasında Milli H-indeksinin reytinq göstəricisi və reytinqdə müvafiq mövqe formalaşır.

P.Kazımi əməkdaşların çoxsaylı suallarını cavablandırıb (economics.com.az).