İqtisadiyyat İnstitutunun əməkdaşları Türkiyədə keçirilən konqresdə onlayn formatda iştirak ediblər
- Oxunub 146 dəfə
30 noyabr-2 dekabr 2023-cü il tarixlərində Türkiyənin İstanbul Topkapı Universitetinin və Beynəlxalq Biznes Məktəbinin təşkilatçılığı ilə “II fənnlərarası ümumdünya şəhər araşdırmaları konqresi: təbii fəlakətlər, iqlim böhranı, miqrasiya və təhlükəsizlik” mövzusunda beynəlxalq konqres keçirilib.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva və həmin şöbənin elmi işçisi Aygün Təhməzli onlayn formatda konqresə qatılıblar.
Konqresdə təbii fəlakətlər, təhhlükəsizlik, qlobal iqlim böhranı, miqrasiya, urbanlaşma və dayanıqlıq, gender bərabərliyi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri və s. mövzularda müakirələr aparılıb.