İqtisadiyyat İnstitutnun əməkdaşı DTX-nın Akademiyasında keçirilən konfransda iştirak edib
- Oxunub 244 dəfə
01-02 dekabr 2023-cü il tarixlərində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində DTX-nın Heydər Əliyev adına Akademiyasının yaranmasının 25 illik yubileyi ilə bağlı təntənəli mərasim və “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcısıdır” adlı elmi-praktik konfransı keçirilib. Tədbirdə hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri, DTX-nin rəhbər heyəti və əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları və professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutnun “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin aparıcı elmi işçisi, i.f.d, dosent Təbriz Yadigarov da iştirak edib. DTX-nin Heydər Əliyev adına Akademiyasının kafedra müdiri i.f.d., dosent Müşfiq Ramazanovun moderatorluğu ilə keçirilən konfransın ictimai-siyasi bölməsində T.Yadigarov “Şərqi-Zəgəzur dəhlizinin nəqliyyat sektorunun rəqabətqabiliyyətinə təsiri” mövzusunda çıxış edib və ona fəal iştirakına görə sertifikat təqdim olunmuşdur (economics.com.az).