İqtisadiyyat İnstitutunun şöbə müdiri Azərbaycan Kooperasiya Universitetində çıxış edib
- Oxunub 205 dəfə
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Azərbaycan Kooperasiya Universitetinin “Sosial iş və tərcümə”, “İqtisadiyyat və ekologiya mühəndisliyi” və “Sosial elmlər və təhsil” kafedralarının birgə təşkilatçılığı ilə keçirilən “Düzgün sosial siyasət - Güclü dövlət” adlı tədbirdə “Azərbaycanda sosial müdafiə” mövzusunda məruzə etmişdir. R.Abdullayeva Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi tərəfindən “Fəxri qonaq” diplomu ilə təltif edilmişdir.