Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurada iki şöbənin hesabatı dinlənilib

  • Oxunub 199 dəfə

 Dekabrın 11-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda daha 2 elmi şöbənin elmi-tadqiqat işləri üzrə illik hesabatları dinlənilib.

 İnklüziv sosial inkişaf şöbəsinin müdiri, i.e.d. Rəsmiyyə Abdullayeva və Monetar və fiskal tənzimləmə problemləri şöbəsinin müdiri, i.e.d. Yaşar Məmmədov təqdimatla çıxış ediblər, il ərzində şöbələrin yerinə yetirdikləri tədqiqat mövzuları, əməkdaşların elmi fəaliyyəti, çap olunmuş əsərlər, konfranslarda iştirak, əsas elmi nəticələr barədə məlumat veriblər. Elmi Şurada hər iki şöbənin hesabatı geniş müzakirə olunub, təklif və tövsiyələr səsləndirilib.

Həftə ərzində Elmi Şurada elmi şöbələrin elmi-tadqiqat işləri üzrə illik hesabatlarının dinlənilməsi davam etdiriləcək.

Elmi Şuranın qərarı ilə  i.e.d. Rəsmiyyə Abdullayevanın "İnklüziv sosial müdafiə" adlı monoqrafiyası çapa tövsiyə olunub. (economics.com.az).