Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurada daha iki elmi şöbə hesabat verib

  • Oxunub 222 dəfə

 Dekabrın 14-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda daha 2 elmi şöbənin elmi-tadqiqat işləri üzrə illik hesabatları dinlənilib.

 İclasda “Demoqrafiya və məşğulluq problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Sevda Seyidova və “Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin müdiri, professor Tofiq Hüseynov təqdimatla çıxış ediblər, il ərzində şöbələrin yerinə yetirdikləri tədqiqat mövzuları, əməkdaşların elmi fəaliyyəti, çap olunmuş əsərlər, konfranslarda iştirak, əsas elmi nəticələr barədə məlumat veriblər. Elmi Şurada hər iki şöbənin hesabatı geniş müzakirə olunub, təklif və tövsiyələr səsləndirilib.

Dekabrın 15-də Elmi Şurada digər elmi şöbələrin elmi-tadqiqat işləri üzrə illik hesabatlarının dinlənilməsi davam etdiriləcək (economics.com.az).