Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir

  • Oxunub 152 dəfə

Martın 1-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

 Tədbiri giriş sözü ilə açan İnstitutun baş meneceri Şakir Alıyev mülki müdafiyənin əhəmiyyəti, ehtimal olunan fövqəladə hadisələr, fövqəladə halların qarşısının alınması sahəsində komissiya üzvlərinin üzərinə düşən vəzifələr, bu istiqamətində biliklərin daim təkmilləşdirilməsinin vacibliyi barədə danışıb.

 İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Şövqi Xəlilov Mülki Müdafiə Günü ilə bağlı məruzə ilə çıxış etdi. Qeyd etdi ki, ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sisteminin rolu danılmazdır. Ş.Xəlilov baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəzifələrinin icrası barədə danışdı, maarifləndirici xarakterli məlumatlar verdi.

Toplantıda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş maarifləndirici xarakterli video-rolik nümayiş etdirildi (economics.com.az)