Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirilib

  • Oxunub 177 dəfə

 Martın 5-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirilib. İclasa İnstitutun ən yaşlı əməkdaşı, professor Tofiq Hüseynov sədrlik edib.

 Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının (HT) 2017-2023-cü illər ərzində fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Sonra Nəzarət-təftiş Komissiyasının sədri Emin Məmmədzadə Həmkarlar Təşkilatının 2017-2023-cü illər ərzində fəaliyyətinə dair hesabat verib. Hər iki hesabat ətrafında və ümumilikdə HT-nın fəaliyyəti ilə bağlı müzakirələr aparılıb, təklif və iradlar səsləndirilib, suallar cavablandırılıb. Həmkarlar Təşkilatının ötən dövrdəki fəaliyyəti ümumilikdə qənaətbəxş qiymətləndirilib.

 Sonra İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatına sədr seçkiləri keçirilib. Açıq səsvermə yolu ilə dosent Pərviz Həsənov HT-nın yeni sədri seçilib. Habelə təkliflər əsasında Həmkarlar Təşkilatı Komitəsinin və Nəzarət-təftiş Komissiyasının üzvləri seçiliblər. Seçki yolu ilə Elmi Təşkilatların Həmkarlar İttifaqının Konfransına nümayəndələr müəyyənləşdirilib (economics.com.az).