Daha iki şöbənin elmi tədqiqat mövzuları üzrə hesabatı dinlənildi
- Oxunub 1318 dəfə
06.12.2016.
Dekabrın 6-da AMEA İqtisadiyyat İnstitutunda şöbələrin yerinə yetirdikləri elmi tədqiqatlar üzrə illik hesabatları ilə bağlı növbəti iclas keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantılarda elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov və elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva da iştirak edirdilər.
İclasda “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsi əməkdaşlarının “Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində tövsiyələrin və 2014-2016-cı illər üzrə yekun hesabatın hazırlanması” mövzusunda apardıqları tədqiqatlar üzrə hesabatı dinlənildi. Professor Tərbiz Əliyev əsas məruzə ilə çıxış etdikdən sonra əməkdaşlar da tədqiqatları barədə danışdılar. Ayrı-ayrı mövzular üzrə konkret müzakirələrdən sonra şöbənin tədqiqatlarının, təkliflərin təkmilləşdirilərək qısa müddətdə təqdim olunması qərara alındı.
İkinci iclasda «Həyat səviyyəsinin sosial-iqtisadi problemləri» şöbəsinin “Azərbaycanda yaşayış keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tövsiyələrin və 2014-2016-cı illər üzrə yekun hesabatın hazırlanması” mövzusunda apardığı tədqiqatlar üzrə hesabat dinlənildi. Şöbə müdiri, i.f.d. Cəlil Quliyevin əsas məruzəsindən sonra digər əməkdaşlar da tədqiqatları barədə məlumat verdilər. Müzakirələrdən sonra şöbənin tədqiqatlarının təkmillləşdirilməsi üzrə konkret tövsiyyələr verildi (economics.com.az).