Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının iclası keçirilmişdir

  • Oxunub 1347 dəfə

 Samirə Əhmədova: “2005-2016-cı illərdə aparılan elmi tədqiqatlar üzrə elektron informasiya bazası yaradılmışdır” 

 Dekabrın 15-də AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının iclası keçirilmişdir. Təbirdə Şuranın sədi, AMEA-nın müxbir üzvü, prof. Akif Musayev məlumat verib ki, İqtisadiyyat üzrə Problem Şurasının 2016-cı il üçün hesabatı AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına təqdim olunub. İclasda Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının əsasnaməsinə dair irad və təkliflərin hazırlanması üzrə müzakirələr aparılıb. Habelə yeni təqdim olunmuş dissertasiya mövzuları da qeydiyyata alınıb.

 İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının elmi katibi, i.f.d. Samirə Əhmədova economics.com.az saytına bildirib ki, 2016-cı ildə İqtisadiyyat problemləri üzrə elmi şuranın 5 iclası keçirilmiş, fəlsəfə doktorluğu proqramı üzrə 194 tədqiqat mövzusu müzakirə olunmuş, onlardan 168-i dəqiqləşdirilməklə qeydiyyata alınmış, 26-sının mövzusunun , ixtisas şifrinin və rəhbərlərinin dəqiqləşdirilməsi üçün müvafiq strukturların rəhbərlərinə tövsiyə xarakterli müraciətlər edilmiş və tövsiyələr nəzərə alınmaqla həmin işlər problem şurasına yenidən təqdim olunmuşdur.

 Eyni qayda ilə elmlər doktoru proqramı üzrə 36 tədqiqatçının mövzusu da müzakirə edilmiş, onlardan 31-nin dəqiqləşdirilməklə qeydiyyata alınmış 5-nin mövzusunun dəqiqləşdirilməsi tövsiyə olunmuşdur. Paralel olaraq respublikada fəlsəfə və elmlər doktorluğu proqramı üzrə 2005-2016-cı illərdə aparılan tədqiqatlar ixtisaslar və elmi rəhbər əlamətlərinə görə təsnifləşdirilmiş və onların elektron informasiya bazası yaradılmışdır (economics.com.az).