Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Doktoranturaya ixtisas fənləri üzrə qəbul imtahanı keçirilib

  • Oxunub 1636 dəfə

  Test üsulu ilə imtahan verən 8 nəfər müvafiq keçid balını toplayıb

 Yanvarın 9-da AMEA İqtisadiyyat İnstitutunda müvafiq ixtisas fənləri üzrə test üsulu ilə fəlsəfə doktorluğu üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi imtahan komissiyasına i.e.d., prof. Tərbiz Əliyev, i.e.d. Dünyamalı Vəliyev, i.e.d. Fuad Qənbərov, i.f.d. Allahyar Muradov və i.f.d. Rəsmiyyə Abdullayeva daxildirlər.

 İmtahanda doktoranturaya sənəd verən 8 nəfər iştirak edib. İmtahandan dərhal sonra nəticələr açıqlanıb və 8 nəfər növbəti mərhələyə kiçib. Bundan sonra onlar daha iki fəndən – xarici dildən və fəlsəfədən də imtahan verəcəklər. Həmin imtahanlardan sonra ümumi nəticələrə əsasən doktoranturaya qəbul olanların adları məlum olacaq. Xatırladaq ki, 2016-2017-cı tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə İqtisadiyyat İnstitutuna doktoranturaya qəbul üzrə 6 yer ayrılıb (economics.com.az).