“Ən yaxşı vətənpərvər tədqiqatçı alim”
- Oxunub 1333 dəfə
İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Samirə Abasova “Avropa Nəşr Mətbuat Evi"nin qızıl medalı ilə təltif olunub
“Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dosent Samirə Abasova milli-mənəvi dəyərlərimizin qorunması sahəsində səmərəli fəaliyyətinə, uğurlu elmi tədqiqatlarına, elmi-publisistik əsərlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə iqtisad elminin inkişafında göstərdiyi xidmətlərinə görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
Yanvarın 27-də “Avropa Nəşr Mətbuat Evi"nin nümayəndəsi Sahilə Mirzəqızı mükafatı və müvafiq diplomu İnstitutun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsində Samirə Abasovaya təqdim edib. Tədbirdə İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov, şöbə müdiri, i.e.d. Fuad Qənbərov və şöbənin əməkdaşları iştirak ediblər (economics.com.az).