Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-da yalançı elmə qarşı mübarizə üzrə komissiya yaradılıb

  • Oxunub 1070 dəfə

 AMEA-nın yalançı elmə qarşı mübarizə üzrə Komissiyasının yaradılması elmi nüfuzdan salan, saxtalaşdırılmış elmi nəticələrə əsaslanan yalançı elmi iddiaların yayılmasına və təbliğatına qarşı fəaliyyət göstərmək məqsədi daşıyır.

 Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev AMEA Rəyasət Heyətinin fevralın 15-də keçirilən iclasında yalançı elmə qarşı mübarizə üzrə komissiyası haqqında əsasnaməyə dair çıxışı zamanı səsləndirib. Bu qurum AMEA Rəyasət Heyətinin nəzdində olmaqla ictimai əsaslarla AMEA-nın elmi-məsləhətçi orqanı sayılır.

 Alim qeyd edib ki, Komissiya AMEA-nın elmi bölmələrinin, müəssisə və təşkilatlarının yalançı elmə və elmi tədqiqatların saxtalaşdırılmasına qarşı mübarizə üzrə fəaliyyətinin koordinasiyasını təşkil edir. Ehtiyac olan hallarda müxtəlif nazirliklər, ali məktəblər və ictimai təşkilatlarla əməkdaşlıq etmək, kütləvi informasiya vasitələrində yalançı elmlə mübarizəyə qarşı yönəldilmiş materialların nəşr olunmasına köməklik göstərmək və ölkədə yalançı elmə məxsus olan məlumatların yayılması və təbliği ilə əlaqədar mövcud vəziyyəti analiz etmək Komissiyanın əsas fəaliyyət istiqamətlərindəndir.