Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu

  • Oxunub 1329 dəfə

 Martın 1-də AMEA İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

 İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri Allahyar Muradov mülki müdafiyənin əhəmiyyəti, ehtimal olunan fövqəladə hadisələr, fövqəladə halların qarşısının alınması istiqamətində biliklərin daim təkmilləşdirilməsinin vacibliyi barədə danışdı.

 İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Anar Babayev Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu danılmazdır. A.Babayev elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə insanların təhlükəsizliyinin təminatının daha mühüm əhəmiyyət kəsb etməsi, baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəifələrinin icrası barədə danışdı, maarifləndirici xarakterli məlumatlar verdi.

 Toplantıda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş video-rolik nümayiş etdirildi. Tədbirin sonunda qurumun inzibati binasının birinci mərtəbəsində mülki müdafiə qüvvələrinin əmlakına, fərdi mühafizə vasitələri və cihazlardan ibarət sərgiyə baxış keçirildi (economics.com.az).