“Azərbaycanın xarici-iqtisadi əlaqələrində dəniz nəqliyyatının rolunun artırılması yolları”
- Oxunub 1279 dəfə
Bu mövzuda dissertasiya işinin ilkin müzakirəsi keçirildi
Aprelin 3-də AMEA İqtisadiyyat İnstitutunda “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin elmi işçisi, dissertant Təbriz Yadigarovun “Azərbaycanın xarici-iqtisadi əlaqələrində dəniz nəqliyyatının rolunun artırılması yolları” mövzusunda dissertasiya işinin müzakirəsi keçirildi.
Professor Gülşən Yüzbaşıyevanın sədrliyi ilə baş tutan iclasda dissertant T.Yadigarov işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.
İş üzrə təyin olunmuş rəyçilər – i.e.d. Dünyamalı Vəliyev və i.f.d. Kamran Abdullayev təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı T.Yadigarov ona ünvanlanmış sualları cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Müzakirədə çıxış edənlər tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda T.Yadigarovun dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).