Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Tərbiz Əliyevin 70 illik yubileyi münasibətilə elmi sessiya keçiriləcək

  • Oxunub 1294 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçiriləcək. Bununla bağlı aprelin 12-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclasında qərar qəbul olunub.

 İclasda İnstitutun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva prof. Tərbiz Əliyevin elmi fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, T.Əliyev 50-dən artıq monoqrafiya, kitab və dərsliyin, 220 elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 40-dan artıq fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiyalar müdafiə olunub. Alim bir çox mükafatlara, ölkəmizdə ilk dəfə olaraq beynəlxalq səviyyəli "Adam Smit" adına qızıl medala, habelə Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülüb.

 Elmi Şurada çıxış edənlər, o cümlədən AMEA-nın müxbir üzvü, prof. Şahbaz Muradov T.Əliyevin Azərbaycan iqtisad elminin inkişafındakı xidmətlərini, elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər. Sonra Elmi Şuranın qərarına əsasən, İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçiriləcək elmi sessiyaya hazırlıq üzrə i.e.d. Fuad Qənbərov sədr olmaqla təşkilat komitəsi (üzvlər i.f.d. Asif Musatafayev və i.f.d. Ramil Əliyev) yaradılıb (economics.com.az).