Futbol komandamız ilk oyunda qələbə qazandı
- Oxunub 1054 dəfə
Növbəti oyun aprelin 21-də keçiriləcək
Aprelin 19-da AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatında növbəti qrup oyunları keçirilib. AMEA İqtisadiyyat İnstitutunun futbol komandası ilk oyununda AMEA Genetik Ehtiyatlar İnstitutunun komandasına 9:8 hesabı ilə qalib gəlib. Növbəti oyun aprelin 21-də Radiasiya Problemləri İnstitutu ilə keçiriləcək.
İlk oyunda güclü rəqibə qalib gəlməsi münasibəti ilə komandamızı təbrik edir və növbəti oyunda da qələbə arzulayırıq! (economics.com.az).