Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Futbol komandamız daha bir qələbə qazandı

  • Oxunub 1105 dəfə

 Bu dəfə Radiasiya Problemləri İnstitutunun komandasına 6:4 hesabı ilə qalib gəldik

 Aprelin 21-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatında növbəti qrup oyunları keçirilib. AMEA İqtisadiyyat İnstitutunun futbol komandası ikinci oyunda AMEA Radiasiya Problemləri İnstitutunun komandasına 6:4 hesabı ilə qalib gəlib. 

Xatırladaq ki, AMEA İqtisadiyyat İnstitutunun futbol komandası ilk oyununda AMEA Genetik Ehtiyatlar İnstitutunun komandasını 9:8 hesabı ilə məğlub etmişdi. Növbəti oyun aprelin 26-da AMEA Fəlsəfə İnstitutu ilə keçiriləcək.

 Daha bir oyunda qalib gəlməsi münasibəti ilə komandamızı təbrik edir və növbəti oyunda da qələbə arzulayırıq! (economics.com.az).