Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Futbol komandamız qrupda lider oldu

  • Oxunub 1040 dəfə

  Fəlsəfə İnstitutunun komandasına 10:3 hesabı ilə qalib gəldik

   Aprelin 26-da AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatında növbəti qrup oyunları keçirilib. AMEA İqtisadiyyat İnstitutunun futbol komandası üçüncü oyunda AMEA Fəlsəfə İnstitutunun komandasına 10:3 hesabı ilə qalib gəlib. Qrup oyunları başa çatıb və komandamız növbəti mərhələyə qrup lideri kimi keçib.

 Xatırladaq ki, AMEA İqtisadiyyat İnstitutunun futbol komandası ilk oyununda AMEA Genetik Ehtiyatlar İnstitutunun komandasını 9:8, ikinci oyunda AMEA Radiasiya Problemləri İnstitutunun komandasını 6:4 hesabı ilə məğlub etmişdi. 

 Komandamızı təbrik edir və növbəti oyunda da qələbə arzulayırıq! (economics.com.az).