Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Futbol komandamız yarımfinala çıxdı

  • Oxunub 4039 dəfə

 Komandamız İnformasiya Texnologiyaları İnstitutunun komandasına 7:0 hesabı ilə qalib gəlib

  Mayın 1-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatında növbəti oyunlar keçirilib. AMEA İqtisadiyyat İnstitutunun futbol komandası dördüncü oyunda AMEA İnformasiya Texnologiyaları İnstitutunun komandasına 7:0 hesabı ilə qalib gəlib. Bu möhtəşəm qələbədən sonra komandamız yarımfinala çıxıb. 

 Xatırladaq ki, AMEA İqtisadiyyat İnstitutunun futbol komandası ilk oyununda AMEA Genetik Ehtiyatlar İnstitutunun komandasını 9:8, ikinci oyunda AMEA Radiasiya Problemləri İnstitutunun komandasını 6:4,  AMEA Fəlsəfə İnstitutunun komandasını isə 10:3 hesabı ilə məğlub etmişdi. 

 Komandamızı təbrik edir və finala doğru gedən növbəti oyunda da qələbə arzulayırıq! (economics.com.az).