Komandamız bürünc medal uğrunda oynayacaq
- Oxunub 2497 dəfə
İqtisadiyyat İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutunun komandaları üçüncü yer uğrunda mübarizə aparcaq
Mayın 5-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatında növbəti oyunlar keçirilib. AMEA İqtisadiyyat İnstitutunun futbol komandası yarımfinalda Geologiya və Geofizika İnstitutunun komandasına 2:3 hesabı ilə məğlub olub. Çempionatın bürünc medalı uğrunda İqtisadiyyat İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutunun komandaları mübarizə aparacaqlar. Finalda isə Fizika İnstitutu ilə Geologiya və Geofizika İnstitutunun komandaları qarşılaşacaq.
Xatırladaq ki, AMEA İqtisadiyyat İnstitutunun futbol komandası ilk oyununda AMEA Genetik Ehtiyatlar İnstitutunun komandasını 9:8, sonrakı oyunlarda AMEA Radiasiya Problemləri İnstitutunun komandasını 6:4, AMEA Fəlsəfə İnstitutunun komandasını 10:3, AMEA İnformasiya Texnologiyaları İnstitutunun komandasını 7:0 hesabı ilə məğlub etmişdi.
Komandamıza üçüncü yer uğrunda keçiriləcək oyunda qələbə arzulayırıq! (economics.com.az).