Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Doktorluq imtahanları keçirilib

  • Oxunub 1186 dəfə

 Doktorant və dissertantlar test üsulu ilə imtahan veriblər

  Mayın 24-də  AMEA İqtisadiyyat İnstitutunda test üsulu ilə doktorant və dissertantların doktorluq imtahanları keçirilib. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi imtahan komissiyasına iqtisad elmləri doktorları Tərbiz Əliyev, Fuad Qənbərov, i.f.d. Allahyar Muradov, i.f.d. Rəsmiyyə Abdullayeva və i.f.d. Arzu Hüseyn daxildirlər.

 AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, i.f.d. Arzu Hüseyn economics.com.az saytına bildirib ki, şəffaflıq və müasir kompüter proqramlarının tədbiqi şəraitində baş tutan imtahanlarda 9 nəfər iştirak edib və nəticələr açıqlanıb. Növbəti imtahan mayın 30-da keçiriləcək. (economics.com.az).