Doktorluq imtahanları keçirilib
- Oxunub 1585 dəfə
Doktorant və dissertantlar test üsulu ilə imtahan veriblər
Mayın 24-də və 30-da AMEA İqtisadiyyat İnstitutunda test üsulu ilə doktorant və dissertantların doktorluq imtahanları keçirilib. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi imtahan komissiyasına iqtisad elmləri doktorları Tərbiz Əliyev, Fuad Qənbərov, i.f.d. Allahyar Muradov, i.f.d. Rəsmiyyə Abdullayeva və i.f.d. Arzu Hüseyn daxildirlər.
AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, i.f.d. Arzu Hüseyn economics.com.az saytına bildirib ki, şəffaflıq və müasir kompüter proqramlarının tədbiqi şəraitində baş tutan imtahanlarda mayın 24-də 9 nəfər, mayın 30-da isə 10 nəfər iştirak edib. Kompüter proqramlarının tədbiqi sayəsində imtahanın nəticələri test suallarının cavablandırılması bitdikdən dərhal sonra doktorant və dissertantların özlərinə bəlli olur. İmtahan prosesində insan amili tamamilə aradan qaldırılıb (economics.com.az).