İnstitutun əməkdaşı “İlin nüfuzlu ziyalısı” mükafatına layiq görülüb
- Oxunub 1179 dəfə
Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusu əsasında AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, i.f.d., dosent Əbdül-Səməd Həsənov səmərəli elmi və ictimai fəaliyyətinə görə “İlin nüfuzlu ziyalısı” adlı mükafata layiq görülüb.
KİV İşçiləri Həmkarlar İttifaqının sədr müavini Əmir Əliyev müvafiq diplomu İnstitutun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsində Əbdül-Səməd Həsənova təqdim edib. Tədbirdə şöbənin əməkdaşları iştirak ediblər (economics.com.az).