Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib

  • Oxunub 1116 dəfə

 İyunun 9-da AMEA İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə İnstitutun Fövqəladə Hallar Komissiyasının rəhbər heyətinin, mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirildi.

  “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda baş tutan tədbirdə əsas məqsəd baş verə biləcək fövqəladə hallar zamanı İnstitutun rəhbər heyətinin fəaliyyətini dəqiqləşdirmək, hər birinin vəzifə borclarına bir daha nəzər salmaq, əməkdaşları maarifləndirmək idi.

 İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri Allahyar Muradov mülki müdafiyənin əhəmiyyəti, quruluşu, ehtimal olunan fövqəladə hadisələr, idarəetmə və xəbərdarlığın təşkili haqqında məlumat verdi. İnstitutun Mülki Müdafiə (MM) Qərargahının rəisi Anar Babayev baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəifələrinin icrası barədə danışdı, maarifləndirici xarakterli məlumatlar verdi. Sonda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş video-rolik nümayiş etdirildi (economics.com.az).