Professor Rəna Sultanova “İlin nüfuzlu ziyalısı” mükafatına layiq görülüb
- Oxunub 1387 dəfə
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusu əsasında AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, i.e.d., professor Rəna Sultanova səmərəli elmi və ictimai fəaliyyətinə görə “İlin nüfuzlu ziyalısı” adlı ali media mükafatına layiq görülüb.
Bu münasibətlə hörmətli professoru təbrik edir, elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Beləliklə, İnstitutumuzda bu ada layiq görülənlərin sayı 4 nəfərdir. Bundan əvvəl, AMEA-nın müxbir üzvü, prof. Əli Nuriyev, i.f.d. Samira Abbasova və i.f.d., dos. Əbdül-Səməd Həsənov da Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən müvafiq diplomla təltif olunublar (economics.com.az).