İqtisadiyyat İnstitutunun əməkdaşları İsmayıllıda turizmlə bağlı təlimdə çıxış ediblər
- Oxunub 1099 dəfə
İyulun 4-də İsmayıllı rayon Uşaq Kitabxanasında AMEA-nın Gənc alimlər və mütəxəssislər Şurası və Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzin birgə təşkilatçılığı ilə mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar çərçivəsində “Mədəni turizmin əsasları” mövzusunda təlim keçirilib. Təlimlər çərçivəsində AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d., dos. Rüfət Efendiyev və İnstitutun dissertantı Ceyhun Aşirov “Sosial davranışların turizm sahəsində göstərilən xidmətlərdə rolu” mövzusunda çixış ediblər.
AMEA ilə imzalanmış əməkdaşlıq memorandumu əsasında təşkil olunmuş treninqin əsas məqsədlərindən biri respublikada turizm və mədəniyyət sahələrinin inteqrasiyasını təmin etmək, habelə bu təsisatların fəaliyyət istiqamətlərinin daha geniş və səmərəli əməkdaşlıq çərçivəsində mövcud imkanların və qarşılıqlı maraqların müzakirəsidir.
Mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, turizm və mədəniyyət sektorundakı problemlərin həllinə xidmət edən layihələr davamlı olaraq müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə digər regionlarda da təşkil ediləcək. Təlim eyni zamanda turizm və mədəniyyət müəssisələrində çalışan əməkdaşların müasir peşəkarlıq keyfiyyətlərinə yiyələnmələrinə xidmət edir.
Təlim zamanı mədəniyyət müəssisələri tərəfindən yerli və xarici turistlərə göstərilə biləcək mədəni xidmətlərdən söhbət açılıb, gənc əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib. Növbəti görüşlər turizm sənayesinin üzvlərinin iştirakı ilə təşkil olunacaq (economics.com.az).