Korporativ idarəetmə üzrə təlim
- Oxunub 1218 dəfə
Tədbirdə İqisadiyyat İnstitutunun şöbə müdiri Əbdül-Səməd Həsənov da iştirak edib
İyulun 6-7-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və KPMG şirkəti birlikdə “Korporativ idarəetmə üzrə təlim” təşkil edib. Yerli və xarici ekspertlərin də qatıldığı tədbirdə AMEA İqisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Əbdül-Səməd Həsənov da iştirak edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən müzakirələrdə yaxından iştirak edən Ə.Həsənova müvafiq sertifikat təqdim olunub (economics.com.az).