Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşları ətraf mühitlə bağlı seminarda iştirak ediblər

  • Oxunub 1046 dəfə

 Rüfət Efendiyevin «Kompleks cavab tədbirləri və yanaşmalar: lehinə arqumentlər» mövzusunda məruzəsi dinlənilib

 İyulun 11-12-də Bakıda «Central Park» mehmanxanasında BMT-nin «Ətraf mühit» proqramının (UNEP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda davamlı inkişaf məqsədləri (DİM-lər) kontekstində ətraf mühit və sağlamlığın qarşılıqlı əlaqəsi üzrə maarifləndirmə və bacarıqların artırılmasına dair milli seminar keçirilib.

 Seminarın işinə AMEA İqtisadiyyat İnstitutunun «Beynəlxalq əlaqələr» şöbəsinin müdiri i.f.d., dos. Rüfət Efendiyev və «Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri» şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Samirə Əhmədova da qatılıblar. Tədbirdə dos. R.Efendiyev «Kompleks cavab tədbirləri və yanaşmalar: lehinə arqumentlər» mövzusunda məruzə ilə çıxış edib.

 Seminar böyük maraq doğurub. Təbridə BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional koordinatoru Mahir Əliyev və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Milli Məclisin «Təbii ehtiyatlar, energetika və ekologiya» Komitəsinin sədr müavini, deputat Kamran Nəbizadə, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, IDEA və digər nüfuzlu təşkilatların nümayəndələri iştirak ediblər (economics.com.az).