Gənc Alimlər Şurasının üzvü Murad Hacıyev “Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsində 2-ci yeri tutub
- Oxunub 2141 dəfə
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Mərkəzi Bank və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun 2 Fevral – Gənclər Günü münasibətilə elan etdikləri “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin nəticələri açıqlanıb.
AMEA İqtisadiyyat İnstitutunun "İqtisadiyyatın dövlət tənzimləməsinin metodoloji və ekonometrik problemləri" şöbəsinin əməkdaşı, Gənc Alimlər Şurasının üzvü Murad Hacıyev müsabiqədə 2-ci yeri tutduğuna görə diplomla və 1000 manat pul mükafatı ilə təltif olunub.
Bununla əlaqədar keçirilən tədbirdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, müsabiqənin məqsədi Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək göstərmək, ölkədə iqtisadi və maliyyə savadlılığını artırmaq, maliyyə savadlılığının ictimai dəyər kimi tanıtmaq və insanların davranışlarında müvafiq dəyişiklik yaratmaqdır. Eyni zamanda, mövzu üzrə ixtisaslaşmış fəal gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır (economics.com.az).