Astanada Nazarbayev Universitetində Yay Məktəbi keçirilib
- Oxunub 1025 dəfə
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Rüfət Efendiyev də iştirak edib
Sentyabrın 4-10-da Volksvagen Fondunun maliyyə dəstəyi ilə Astanada (Qazaxstan) Nazarbayev Universitetində Yay Məktəbi keçirilib. Təbbirdə Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrindən, Almaniya və ABŞ-dan 30 aparıcı tədqiqatçı, həmçinin, kütləvi mühazirələrin oxunması, əsas çıxışların, dəyirmi masaların və diskussiyaların keçirilməsi üçün, geniş akademik və qeyri-akademik auditoriya toplanıb. Yay məktəbinin işində AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d., dos. Rüfət Efendiyev də iştirak edib.
Bir həftə ərzində keçirilən tədbirin məqsədi Volksvagen Fondu tərəfindən maliyyələşdirilən «Mərkəzi Asiya və Cənubi Qafqaz» proqramı çərçivəsində bir neçə layihə arasında analitik alətləri inkişaf etdirmək, qüvvələri birləşdirmək, mübadiləni asanlaşdırmaqdır. Dörd layihə yanaşma və tədqiqat metoduna görə çox yaxındırlar: «Şəhərlərin transformasiyada cari mobilliyi - Mərkəzi Asiya və Cənubi Qafqazda marşrutların məkan dinamikası», «Çayların sosial həyatı: Narın - Sırdərya boyunca ekoloji proseslər, sosial dünya və münaqişələrin həlli», «Mərkəzi Asiyada və Qafqazda qeyri-formal bazarlar və ticarət», eləcə də, «Translokal əmtəələr - Tacikistan, Qırğızıstan, Rusiya, Çin və Birləşmiş Ərəb Əmirlikləri arasında təhsil, iş və əmtəələr». Yuxarıda qeyd olunan lahiyələrin hər biri ətraf mühit, coğrafiya və sosial-iqtisadi xüsusiyyətlərin Mərkəzi Asiya və Cənubi Qafqazda cəmiyyətləri etnoqrafik tədqiqatlar nöqteyi-nəzərindən necə formalaşdırması məsələlərini əhatə edir (economics.com.az).