Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Çinli iqtisadçı ailmlər AMEA İqtisadiyyat İnstitutunda

  • Oxunub 953 dəfə

 Tədbirin təşkilatçıları - AMEA İqtisadiyyat İnstitutu ilə ÇSEA İqtisadiyyat İnstitutunun birgə işçi qrupunun iclası keçirilib

 Sentyabrın 19-da AMEA İqtisadiyyat İnstitutunda ölkəmizdə səfərdə olan Çin İctimai Elmlər Akademiyasının (ÇSEA) İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Çanxunun rəhbərliyi altında bir qrup nümayəndə heyəti ilə işgüzar görüş keçirildi. AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli ilə sentyabrın 21-də Bakıda keçiriləcək “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” adlı elmi-praktik konfransa hazırlıq və təşkilati məsələləri müzakirə edildi. Konfransın materiallarının Çində və Azərbaycanda elmi nəşrlərdə çapı barədə də razılıq əldə olundu.

 Qeyd edək ki, konfransın yüksək səviyyədə təşkili üzrə hər iki institutun əməkdaşlarından ibarət işçi qrupu yaradılıb. Tədbirin təşkilatçıları AMEA İqtisadiyyat İnstitutu ilə ÇSEA İqtisadiyyat İnstitutudur. AMEA-da keçiriləcək elmi konfransda AMEA prezidenti Akif Əlizadənin və Çin İctimai Elmlər Akademiyasının prezidenti Van Veyquanın iştirakı, habelə hər iki ölkənin iqtisadçı alimlərinin məruzələri nəzərdə tutulur (economics.com.az).