Professor Nazim Müzəffərli Moskvada keçiriləcək beynəlxalq konfransa dəvət alıb
- Oxunub 1158 dəfə
Rusiya İqisadi İnkişaf Nazirliyinin Ümumrusiya Xarici Ticarət Akademiyası AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlini Şanxay Əməkdaşlıq Təşkilatı – 2017 çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunmuş beynəlxalq elmi-prakiki konfransa dəvət edib. Əsas mövzusu “Şanxay Əməkdaşlıq Təşkilatı – Avrasiyada inteqrasiya və geniş qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivli platforma” olan konfransın oktyabrın 13-də Moskvada keçirilməsi planlaşdırılır.
Prof. N.Müzəffərlidən həmin konfransda iştirak edib-etməyəcəyi barədə soruşduq. O, “economics.com.az” saytına açıqlamasında bildirdi ki, oktyabrın 12-də AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə professor Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş “Strateji iqtisadi islahatlar: aktiv vergi siyasəti və vergiqoyma problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək: “Türkiyədən, Rusiyadan, Gürcüstandan, Kiprdən və bəzi başqa ölkələrdən qonaqlar gözləyirik. Ona görə də bu konfransla eyni vaxta düşdüyündən Moskvadakı konfransa, təəssüf ki, qatıla bilməyəcəyəm” (economics.com.az).