Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı hazırlanıb

  • Oxunub 955 dəfə

 “2018-2021-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” hazırlanıb. Bu barədə AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının oktyabrın 6-da keçirilən iclasında Şuranın üzvü, i.e.d., professor Akif Musayev məlumat verib.

  Azərbaycan Respublikası Mərkəzi Bankının sifarişi ilə AMEA İqtisadiyyat İnstitutu tərəfindən (Master Cart‎la birlikdə) işlənmiş proqramda ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi və qeyri-nəğd hesablaşmalara keçidin sürətləndirilməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də nəğd hesablaşmaların məhdudlaşdırılması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması öz əksini tapıb. Proqramı AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) rəhbərliyi ilə 15 nəfərdən ibarət işçi ekspert qrupu hazırlayıb. Sənəd Mərkəzi Banka təqdim olunub (economics.com.az).