Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

2017-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatı ABŞ iqtisadçısı Riçard Talerə verildi

  • Oxunub 968 dəfə

 İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi Stokholmda 2017-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatı laureatının adını açıqlayıb. Bu ABŞ-ın Çikaqo Universitetinin 72 yaşlı professoru Riçard Talerdir. O, bu mükafata davranış iqtisadiyyatına verdiyi tövhələrinə görə layiq görülüb.

  İsveç Kral Elmlər Akademiyasının baş katibi Yoran Xanson çıxış edərək alimin apardığı tədqiqatların əhəmiyyətini qeyd edib. İsveç Kral Akademiyasının üzviləri Riçard Talerin həyata keçirdiyi elmi tədqiqatlara nəzər salaraq bu iş nəticəsində psixologiyanın iqtisadiyyata necə təsir etdiyini, habelə bu biliklərin rasional davranışı anlatmaq üçün istifadə edildiyini vurğulayıblar.

 Xatırladaq ki, iqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafatdır. İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib. Mükafatın builki məbləği 9 milyon İsveç kronu (1,1 milyon dollara) bərabərdir (economics.com.az).