AMEA İqtisadiyyat İnstitutunun yeni nizamnaməsi təsdiqlənib
- Oxunub 1314 dəfə
Sənəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb
AMEA İqtisadiyyat İnstitutunun yeni nizamnaməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 19.09.2017-ci il tarixdə qeydiyyata alınıb. Qeydiyyata alınmanın hüquqi əsasları kimi AMEA Rəyasət Heyətinin 06.03.2017-ci il tarixli qərarı və AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının 11.05.2017-ci il tarixli protokolu və digər sənədlər götürülüb.
AMEA İqtisadiyyat İnstitutunun yeni nizamnaməsində ümumi müddəalar, İnstitutun missiyası, məqsəd və vəzifələri, hüquqları, əmlakı və maliyyə fəaliyyəti, İnstitutun strukturu, idarə edilməsi, elmi işçilərin vəzifələri və hüquqları, əməyin ödənilməsi qaydaları, əqli mülkiyyət hüququ və elmi etika, İnstitutun fəaliyyətinə xitam verilməsi və s. məsələlər öz əksini tapıb (economics.com.az).
AMEA İqtisadiyyat İnstitutunun nizamnaməsi (yüklə)