AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Pekində keçiriləcək beynəlxalq seminarda iştirak edəcək
- Oxunub 895 dəfə
Çində “Bir qurşaq - bir yol təşəbbüsü və qlobal enerji əlaqələrinin inkişafı üzrə 1-ci beynəlxalq seminar” təşkil olunacaq
Noyabrın 5-dən 18-ə qədər Çinin paytaxtı Pekin şəhərində Çin Sosial Elmlər Akademiyasının İpək Yolu İnstitutu və Çin Sosial Elmlər Akademiyasının Kəmiyyət və Texniki İqtisadiyyat İnstitutu tərəfindən təşkil olunan və Beynəlxalq Enerji Forumu tərəfindən dəstəklənən “Bir qurşaq - bir yol təşəbbüsü və qlobal enerji əlaqələrinin inkişafı üzrə 1-ci beynəlxalq seminar” keçiriləcək. Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Nəsimi Əhmədov da iştirak edəcək.
Seminarda Çin iqtisadiyyatı, beynəlxalq enerji əməkdaşlığı, qlobal enerji idarəçiliyi və digər əlaqədar sənaye sahələri müzakirə olunacaq. Təbririn əsas proqramına mühazirələr və müzakirələr, əlaqədar QHT-lərə, şirkətlərə və yerli idarəetmə orqanlarına səfərlər daxildir. Seminarın əsas məqsədi qlobal enerji tələbatını ödəmək üçün yaşıl, təmiz və iqtisadi cəhətdən səmərəli yolu təşviq etmək məqsədilə qlobal enerji əlaqələrinin inkişafı üzrə müzakirələri gücləndirməkdir. Beynəlxalq enerji əməkdaşlığı “Bir Qurşaq - Bir Yol Təşəbbüsü”nün ən mühüm tərkib hissələrindən və enerji inqilabının idarə olunması üçün mühüm məsələlərdən biridir. “Bir Qurşaq - Bir Yol” şəbəkəsi daxilindəki marşrutlar üzrə ölkələr arasında enerji əlaqələrinin təşviq edilməsi onların inkişafı baxımından faydalı olacaq (economics.com.az).