Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Koordinasiya Şurasında dissertasiya işlərinin mövzuları müzakirə edilib

  • Oxunub 1062 dəfə

 

Noyabrın 2-də AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirildi. Şuranın sədri, AMEA-nın müxbir üzvü, prof. Akif Musayevin sədrliyi ilə keçirilən tədbirdə yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək qeydə alındı.

 İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının elmi katibi, i.f.d. Samirə Əhmədova economics.com.az saytına bildirib ki, iclasda bir necə ali təhsil və elmi-tədqiqat müəssisələrinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 55 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilib. Onlardan bir neçəsinin dissertasiya mövzuları ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb (economics.com.az).