Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycan, Türkiyə və Gürcüstan elm sahəsində birgə tədbirlər həyata keçirəcək

  • Oxunub 871 dəfə

 "2017-2019-cu illər üçün üçtərəfli sahəvi əməkdaşlıq üzrə Fəaliyyət Planı"nda beynəlxalq elmi laboratoriyaların yaradılması nəzərdə tutulur

  Azərbaycan, Türkiyə və Gürcüstan Respublikası arasında "2017-2019-cu illər üçün üçtərəfli sahəvi əməkdaşlıq üzrə Fəaliyyət Planı" Nazirlkər Kabineti tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına göndərilib. Plan çərçivəsində AMEA institutlarının da iştirakı ilə elm və texnologiya sahəsi üzrə bir sıra mühüm tədbirlər həyata keçriləcək.

 Belə ki, birgə elmi və texnoloji layihələrin həyata keçirilməsi, ayrı-ayrı alimlərin elmi araşdırma aparmaları məqsədilə mübadiləsi, birgə elmi tədbirlərin təşkili və tədbirlərdə iştirak, elmi və texniki nailiyyətlərin nəticələri, məlumat və sənədlərin mübadiləsi; beynəlxalq təşkilatların, xüsusilə Avropa İttifaqının tədqiqat və innovasiya üzrə qrant layihələrinin işlənilməsində birgə iştirak; üçtərəfli birgə beynəlxalq elmi laboratoriyaların yaradılması nəzərdə tutulur (economics.com.az).