Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda iki dissertasiya işi müzakirə olundu

  • Oxunub 1203 dəfə

 Noyabrın 24-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

  İlk olaraq AMEA İqtisadiyyat İnstitutunun dissertantı Vəlizadə İlqar Maqsud oğlu “Azərbaycan Respublikasında inzibati-rayon bölgüsünün təkmilləşdirilməsi və iqtisadi səmərəliliyin artırılması” mövzusunda (“Ümumi iqtisadiyyat” ixtisası üzrə) dissertasiya işi haqda məlumat verdi (elmi rəhbər prof. Əli Nuriyev). O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. İlham Aslanzadə və i.f.d. Emin Məmmədzadə təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı İ.Vəlizadə seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminar üzvləri tədqiqat işi ilə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə ciddi irad və təkliflərin nəzərə alınması, aparılacaq düzəlişlərin rəyçilərlə razılaşdırılmaq şərti ilə yeni təkmilləşdirilmiş formada növbəti müzakirə mərhələsinə tövsiyə olundu.

 Seminarın ikinci hissəsində AMEA İqtisadiyyat İnstitutunun dissertantı Reza Əli oğlu Soroudian “İran İslam Respublikasında traktorqayırma müəssisələrinin iqtisadi inkişaf problemləri” mövzusunda dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər i.e.d. F.Qənbərov və i.e.n. A.Abdullayev). Tədqiqat işinin aktuallığını, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.f.d Aqil Eyvazov, i.f.d. Rüfət Efendiyev “Azərneftkimyamaş” ASC-nin baş iqtisadçısı Nəriman Böyükkişi əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı R.Soroudian suallara cavab verdi, qeyd olunan iradları nəzərə almaqla işdə zəruri dəyişikliklər edəcəyini bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə ciddi irad və təkliflərin nəzərə alınması, aparılacaq düzəlişlərin rəyçilərlə razılaşdırılmaq şərti ilə yeni təkmilləşdirilmiş formada növbəti müzakirə mərhələsinə tövsiyə olundu (economics.com.az).