Dissertasiya Şurasında iki İran vətəndaşı dissertasiya işini müdafiə etdi
- Oxunub 1050 dəfə
Dissertasiya işləri AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib
Noyabrın 24-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan ilk iclasda İran vətəndaşı Hasannezhad Nader Heidar oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İran İslam Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiyası müzakirə edildi (elmi rəhbər i.f.d., dos. Rəsmiyyə Abdullayeva). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Nader Hasannezhad dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d. Elşad Məmmədov və i.f.d. Aqil Eyvazov mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzidir. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin müvafiq tələblərə əsasən cavab verdiyini qeyd etdilər. Sonda Nader Hasannezhadın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi.
İkinci iclasda AMEA İqtisadiyyat İnstitutunun dissertantı Shahin Asghar oğlu Mohammadpourun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İran İslam Respublikasının sənaye sektorunda innovasiya fəallığının gücləndirilməsi istiqamətləri” mövzusunda dissertasiyası müzakirə olundu (elmi rəhbər i.f.d., dosent Allahyar Muradov). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Shahin Mohammadpour dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prof. Rəna Sultanova və i.f.d., dos. Şahin Sadıqov mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Texniki Universitetinin “Sənaye iqtisadiyyatı və menecment” kafedrasıdır.
İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin müvafiq tələblərə cavab verdiyini qeyd etdilər. Sonda Shahin Mohammadpourun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Avtoreferat Hasannezhad Nader Heidar oğlu “İran İslam Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətləri”
Avtoreferat Shahin Asghar oğlu Mohammadpour “İran İslam Respublikasının sənaye sektorunda innovasiya fəallığının gücləndirilməsi istiqamətləri”