Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun direktor müavini Allahyar Muradov milli statistikanın Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı konfransda iştirak edib

  • Oxunub 1125 dəfə

 Noyabrın 24-də Bakıda “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” tvinninq layihəsinin bağlanış mərasiminə həsr olunan konfrans keçirilib. Öncə Avropa İttifaqı tərəfindən maliyyələşdirilmış tvinninq layihəsi üzrə 2 il ərzində görülmüş işlərdən bəhs edən video-çarx nümayiş olunub.

  Konfransda iqtisadiyyat naziri Şahin Mustafayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski, Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Litva Statistika İdarəsinin baş direktoru Vilija Lapeniene açılış nitqi ilə çıxış ediblər. Habelə digər  hesabat xarakterli məruzələr və təqdimatlar dinlənilib. Konfransda AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov da iştirak edib.

Layihə barədə ətraflı məlumat verən Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov bildirib ki, DSK-nın benefisiarı olduğu və 5 komponenti əhatə edən Tvinninq layihəsinin məqsədi statistik keyfiyyətin idarə olunması sisteminin və coğrafi informasiya sistemi vasitəsilə statistik məlumatların yayılmasının təkmilləşdirilməsi, əhalinin gəlirləri və həyat şəraiti, əlillik, turizm sahələrində rəsmi statistikanın Avropa standartlarına uyğunlaşdırılmasından ibarət olmuşdur.

 Qeyd olunub ki, iki il davam etmiş və bu gün uğurlu layihələrdən biri kimi qiymətləndirilən tvinninq layihəsinin əsas tərəfdaşları kimi Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu çıxış etmişdir. Bu ölkələrlə yanaşı, Avropa İttifaqına digər üzv ölkələrin, o cümlədən Niderland, Çexiya, Sloveniya, Xorvatiya və Latviyanın 35 yüksəkixtisaslı eksperti tvinninq layihəsinə məsləhətçi qismində cəlb olunmuşdur. Dövlət Statistika Komitəsinin 64 mütəxəssisi layihədə iştirak etmiş, beynəlxalq ekspertlərin ölkəmizə 37 missiyası  həyata keçirilib, Komitə mütəxəssislərinin isə həmin ölkələrə 14 təlim səfəri baş tutub (economics.com.az).