İqtisad elminin inkişafında xüsusi xidmətləri olan şəxslərə İqtisadiyyat İnstitutunun “Fəxri doktoru” adı veriləcək
- Oxunub 837 dəfə
İqtisad elminin inkişafında xüsusi xidmətləri olan şəxslərə İqtisadiyyat İnstitutunun “Fəxri doktoru” adı veriləcək. Belə ki, noyabrın 30-da keçirilən İnstitutun Elmi Şurasının iclasında bununla bağlı müvafiq əsasnamə təsdiq olunub.
Qaydalara əsasən, «AMEA İqtisadiyyat İnstitutunun fəxri doktoru» adı ölkə daxilində və xaricdə iqtisadiyyat sahəsində fundamental və tətbiqi elmi tədqiqatlar aparan, iqtisad elminin beynəlxalq aləmdə nüfuzunun artırılmasında və dünya elminə inteqrasiyasında, habelə beynəlxalq elmi əlaqələrin genişləndirilməsində xüsusi xidmətləri olan, yüksək elmi nailiyyətlər əldə etmiş, elmi ictimaiyyət tərəfindən qəbul olunan şəxslər layiq görüləcək. “Fəxri doktor” adı AMEA İqtisadiyyat İnstitutunun direktorunun təşəbbüsü ilə İnstitutun Elmi Şurasının qərarı əsasında veriləcək və bu ada layiq görülmüş şəxslərə diplom təqdim olunacaq (economics.com.az).