Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Akif Musayevin AMEA Rəyasət Heyətinin mükafatına namizədliyi irəli sürüldü

  • Oxunub 908 dəfə

 Dekabrın 19-da  AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.

  İclasda “Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin mükafatı”na namizədin irəli sürülməsi barədə İnstitutun direktoru prof. N.Müzəffərli təşəbbüslə çıxış etdi. O, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor,  İqtisadiyyat İnstitutunun şöbə müdiri Akif Musayevi bu mükafata layiq alim kimi təqdim etdi. Bildirdi ki, A.Musayev bir sıra elmi-populyar kitabların, xüsusən də orta məktəblər üçün “Vergilər” dərsliyinin müəllifidir. Elmi Şurada aparılan müzakirələrdən sonra prof. Akif Musayevin “Elmin papulyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin mükafatı”na namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul olundu. (economics.com.az).