İqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsinin qiymətləndirilməsi üzrə növbəti tədqiqat başa çatdırılıb
- Oxunub 1222 dəfə
AMEA İqtisadiyyat İnstitutu 2017-ci ildə “İS(S)İ – 2016: İqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi”nin qiymətləndirilməsi üzrə tədqiqatları sona çatdırıb. Tədqiqatlar haqqında, onun metodologiyası, sub-indekslər və ölkəvi nəticələr Azərbaycan, rus, ingilis dillərində İnstitutun İnternet saytında – economics.com.az - da verilmişdir.
İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ – AMEA İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi illik göstəricidir. Birinci mərhələdə İndeks Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr üçün (cəmi 37 ölkə) hesablanmışdır. 2015-ci il üzrə Hesabata müxtəlif inkişaf səviyyəsinə malik və dünyanın fərqli regionlarını əhatə edən daha 25 dövlət üzrə hesablamalar əlavə edilmiş və təhlil olunan ölkələrin sayı 62-yə çatdırılmışdı. 2016-cı il üzrə aparılan tədqiqatlar isə 95 ölkəni əhatə edir.
Tədqiqatlarla aşağıdakı linklərdə tanış ola bilərsiniz