Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

2018-2020-ci illər üçün elmi tədqiqat proqramları ilə bağlı müsabiqə elan olunub

  • Oxunub 1059 dəfə

 AMEA-nın Rəyasət Heyətinin qərarı ilə 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi elan olunub. Müsabiqəyə təqdim edilən proqramlar hazırlanarkən elmi istiqamətlər üzrə dünyada elmin, texnologiyaların inkişaf meylləri nəzərə alınmalı, multidissiplinar və kompleks xarakterli olmaqla, fundamental və tətbiqi elmin aktual problemlərinin həllinə, həmçinin ölkənin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına yönəlməlidir. İqtisadiyyat üzrə tədqiqat mövzusu belədir: Azərbaycan iqtisadiyyatı: formalaşma prinsipləri və inkişaf perspektivləri.

  Müsabiqəyə təqdim edilən elmi tədqiqat proqramının rəhbəri AMEA-nın həqiqi və müxbir üzvləri ola bilər. Elmi tədqiqat proqramlarının icrasında AMEA-da, habelə respublikanın digər elm və ali təhsil müəssisələrində çalışan alim və mütəxəssislər iştirak edə bilərlər. Elmi tədqiqat proqramlarının icra müddətləri üç ildən çox olmamalıdır.Bir proqramın smeta dəyəri bir il üçün 200.000 (iki yüz min) manatdan artıq olmamalıdır.

Elmi tədqiqat proqramları müəyyənləşdirilmiş formaya uyğun tərtib olunub iki nüsxədə elektron variantı ilə birlikdə AMEA-nın Elm və Təhsil İdarəsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, 502-ci otaq) fevralın 10-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək təqdim edilməlidir (economics.com.az).

 AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə aşağıdakı faylları yükləməklə tanış ola bilərsiniz