Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun professoru Rauf Cəbiyev Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

  • Oxunub 1102 dəfə

 Alim iqtisad elminin inkişafına verdiyi töhfələrə görə “Əməkdar elm və təhsil xadimi” fəxri adına da layiq görülüb

  AMEA İqtisadiyyat İnstitutunun “Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Rauf  Cəbiyev Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) müxbir üzvü seçilib. Alim bu ada ötən il Rusiya TEA-nın həqiqi və müxbir üzvləri arasında aparılmış sorğunun nəticələri əsasında, habelə xaricdə nəşr olunmuş sanballı elmi tədqiqat əsərlərinə görə layiq görülüb. Ona Rusiya TEA-nın müvafiq diplomu təqdim olunub.  

 İqtisadiyyatın müxtəlif sahələrinə həsr olunmuş 380-nə yaxın elmi əsərin müəllifi olan prof. R.Cəbiyevin Almaniya, Rusiya, Ukrayna, Rumıniya, Macarıstan, Belarus və s. ölkələrdə, elmi ictimaiyyət tərəfindən qəbul olunan nüfuzlu, beynəlxalq reytinqli xarici jurnallarda 100-dən artıq elmi məqaləsi dərc edilib. Bununla yanaşı, professor Rauf  Cəbiyev iqtisad elminin inkişafına verdiyi töhfələrə görə Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən “Əməkdar elm və təhsil xadimi” fəxri adına da layiq görülüb.

 AMEA İqtisadiyyat İnstitutunun rəhbərliyi və kollektivi adından professor Rauf  Cəbiyevi Rusiya TEA-nın müxbir üzvü seçilməsi münsibətilə ürəkdən təbrik edir, ona can sağlığı və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq! (economics.com.az).