Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbulla bağlı müsabiqə keçirilib

  • Oxunub 1046 dəfə

 Fevralın 13-də AMEA İqtisadiyyat İnstitutunda fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə dissertanturaya qəbul üzrə müsabiqə keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi müsabiqə komissiyasına AMEA-nın müxbir üzvü, prof. Akif Musayev, i.e.d. Fuad Qənbərov, i.f.d. Allahyar Muradov və i.f.d. Arzu Hüseyn daxildirlər.

 Müsabiqədə fəlsəfə doktorluğu hazırlığı üzrə dissertanturaya 10 yerə 14 nəfər, elmlər doktorluğu üzrə dissertanturaya isə 5 yerə 10 nəfər sənəd verən iştirak etmişdir. Bununla yanaşı, iddiaçılarla onların elmə marağı, iqtisadiyyatın müxtəlif sahələrində tədqiqat aparmaq istədikləri dissertasiya mövzuları və həmin mövzular üzrə elmin aktual problemləri ətrafında söhbət aparılmışdır. Sonda fəlsəfə doktorluğu hazırlığı üzrə dissertanturaya 10, elmlər doktorluğu üzrə dissertanturaya isə 5 nəfər qəbul olunub (economics.com.az).