Doktoranturaya ixtisas fənləri üzrə qəbul imtahanı keçirilib
- Oxunub 1122 dəfə
Fevralın 14-15-də AMEA İqtisadiyyat İnstitutunda müvafiq ixtisas fənləri üzrə fəlsəfə doktorluğu üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi imtahan komissiyasına i.e.d., prof. Akif Musayev, i.f.d. Allahyar Muradov, i.f.d. Rəsmiyyə Abdullayeva və i.f.d. Arzu Hüseyn daxildirlər.
İmtahanda doktoranturaya sənəd verən 18 nəfərdən 16-sı iştirak edib. İmtahandan dərhal sonra nəticələr açıqlanıb. 7 nəfər “5”, 3 nəfər “4”, 4 nəfər “3”, 2 nəfər isə “2” qiymət alıb. Bundan sonra onlar daha iki fəndən – xarici dildən və fəlsəfədən də imtahan verəcəklər. Həmin imtahanlardan sonra ümumi nəticələrə əsasən doktoranturaya qəbul olanların adları məlum olacaq.
Xatırladaq ki, 2017-2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə İqtisadiyyat İnstitutuna doktoranturaya qəbul üzrə 8 yer ayrılıb (economics.com.az).