İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki İran vətəndaşı dissertasiya işini müdafiə etdi
- Oxunub 1164 dəfə
Dissertasiya işləri AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib
Fevralın 27-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan ilk iclasda İran vətəndaşı Alimardani Sahar Heidar qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İran İslam Respublikasında elektrik enerji satışının təşkilinin təkmilləşdirilməsi yolları” mövzusunda dissertasiyası müzakirə edildi (elmi rəhbər i.f.d., prof. Q.Süleymanov). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Sahar Alimardani dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d. B.S.Xıdırov və i.f.d. N.B.Böyükkişi mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Texniki Universitetinin “Sənaye iqtisadiyyatı və menecment” kafedrasıdır.
İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin müvafiq tələblərə əsasən cavab verdiyini qeyd etdilər. Sonda Sahar Alimardaninin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi.
İkinci iclasda AMEA İqtisadiyyat İnstitutunun dissertantı, İran vətəndaşı Əli Əkbər Gelyani Hüseynəli oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Xarici investisiyaların İran iqtisadiyyatında yeri və rolu” mövzusunda dissertasiyası müzakirə olundu (elmi rəhbər i.e.d., prof. A.A.Rüstəmov). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Əli Əkbər Gelyani dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., E.Y. Məmmədov və i.f.d A.A.Eyvazov mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Universitetinin ”İqtisadiyyat və idarəetmə” kafedrasıdır.
İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin müvafiq tələblərə cavab verdiyini qeyd etdilər. Sonda Əli Əkbər Gelyaninin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Avtoreferatlarla aşağıdakı linkləri yükləməlkə tanış olmaq olar
Avtoreferat Alimardani Sahar Heidar qızı “İran İslam Respublikasında elektrik enerji satışının təşkilinin təkmilləşdirilməsi yolları”
Avtoreferat Əli Əkbər Gelyani Hüseynəli oğlu “Xarici investisiyaların İran iqtisadiyyatında yeri və rolu”